Çikaqolu fotoqraf Dennis Manarchy dünyanın ən böyük fotoaparatını yaratmışdır. Çox böyük ölçülərə sahib bu fotoaparat dəqiqliklə klassik foto kameraları xatırladır. Bununla yanaşı, şəkil çəkmək üçün bütün funksiyalara sahibdir.
Fotoaparatın uzunluğu 10 m 66 sm, eni isə 3 m 66 sm-ə bərabərdir. İnanılmaz görkəmə sahib bu fotoaparat kiçik ikimərtəbəli bina ilə müqayisə ediləcək səviyyədədir.
Bu nəhəng fotoaparat bu yaxınlarda Monro şəhər məhkəməsinin qarşısında nümayiş etdirildi. Bundan sonra isə Dennis Manarchy dünyanın müxtəlif ölkələrinə səfərə yola düşdü və buralarda yerli əhalinin məişətinin və mədəniyyətinin şəklini çəkəcək.