3 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən böyük mikrosxem sınağı zavodlarından biri karantinə bağlanıb

Tayvanın “King Yuan Electronics” (“KYEC”) şirkəti işçiləri arasında koronavirusa yoluxma qeydə alındığı üçün həftəsonu zavodunu bağlayacaq.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” yazıb.

5 iyundan etibarən zavodda artıq 182 yoluxma hadisəsi qeydə alınıb. Bu halların əksəriyyəti xarici işçilər, o cümlədən zavod əməkdaşları arasında baş tutub. Cavab tədbiri olaraq hökumət “KYEC”in bütün xarici işçilərini (təxminən 2 min nəfər) iki həftəlik karantinə göndərib. Mövcud şəraitdə şirkət Tayvandan müvəqqəti işçilər işə götürməyə qərar verib. Nəticədə zavod həmin gecə fəaliyyətini davam etdirə bilib.

“Financial Times”ın bildirdiyi kimi, yoluxma halları həmçinin “Greatek”, “Accton” və “Foxsemicon” şirkətlərinin zavodlarında qeydə alınıb. “Foxconn”un törəmə şirkəti olan “Foxsemicon” zavodlarından birini dezinfeksiya üçün iki günə bağlayıb.

Xatırladaq ki, daha əvvəl dünyanın üçüncü ən böyük mikroprosessor və mikrosxem istehsalçısı olan “Flex” (əvvəlki adı “Flextronics” qlobal çip çatışmazlığının ən azı bir il davam edəcəyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər