12 C
Baku
Friday, May 17, 2024

Dünyanın ən böyük neft şirkəti günəş enerjisinə $900 mln. sərmayə qoyub

Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkəti ilk dəfə olaraq “Sudair Solar” adlı günəş enerjisi istehsalı layihəsinə 3.4 milyard rial (900 milyon dollar) sərmayə qoyur.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Hökumətin planlarına əsasən, bu layihə dünyanın ən böyük fotoelektrik stansiyalarından birinə çevriləcək.

“Sudar Solar” elektrostansiyası Səudiyyə Ərəbistanının Sudair bölgəsində tikiləcək. O, ölkənin bərpa olunan enerji inkişafı layihəsinin bir hissəsi olacaq. Xatırladaq ki, inşaat planları 2021-ci ilin aprelində açıqlanıb və layihənin əsas tərtibatçısı 50%-i dövlətə məxsus olan “ACWA Power” şirkəti olub.

İnşaat işləri tamamlandıqdan sonra “Saudi Aramco” elektrik stansiyanın 30%-nə, “PIF” və “ACWA” isə 35%-nə sahib olacaq. İnvestorlar inşaatın birinci mərhələsinin 2022-ci ilin ikinci yarısında bitəcəyini proqnoz edirlər.

Bundan sonra stansiya işə düşəcək və təxminən 185 min evi elektrik enerjisi ilə təmin edəcək. Bu, zərərli tullantıları ildə 2.9 milyon tona qədər azaltmağa kömək edəcək.

Qeyd edək ki, bu ilin avqust ayında “Saudi Aramco” 2021-ci ilin ikinci rübündə rekord gəlir əldə etdiyini açıqlayıb. Bildirildiyi kimi, 2020-ci illə müqayisədə göstəricilər 300% artıb. Bunun əsas səbəbi koronavirus məhdudiyyətlərinin yumşaldılması, vaksinasiya və iqtisadi aktivliyin stimullaşdırılması olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər