1 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən böyük sərmayəçisi John Bogle dünyasını dəyişdi

Dünyanın ən böyük investisiya şirkəti olan The Vanguard Group şirkətinin təsisçisi və keçmiş baş direktoru John Bogle, 89 yaşında dünyasını dəyişib. Banker.az xəbər verir ki, bu haqda “Philly” xəbər verir.

Ailə ölüm səbəbinin onkoloji xəstəlik olduğunu ifadə edərək, hadisəni bir daha  təsdiqləyib.

2018-ci ildə Vanguard-ın səhmləri 5 trilyon dolları aşıb.

Maliyyə və iqtisadiyyat tarixinə dair 12 kitabın müəllifi olan William Bernstein bildirmişdir ki, Bogle multi milyarder ola bilərdi.  “O, milyonlarla insan üçün doğru bir şey etmək məqsədi ilə sərvətdən imtina etmək qərarına gəldi. Mən Amerika biznes tarixində digər belə bir hala hələki rast gəlməmişəm”, –  William vurğulayır.

Son xəbərlər
Digər xəbərlər