9 C
Baku
Friday, December 13, 2024

Dünyanın ən böyük tədarükçülərindən biri Rusiyadan taxıl ixracını dayandırır

Amerikanın ən böyük taxıl tədarükçüsü “Cargill” Rusiyadan məhsul ixracını dayandıracaq. Şirkət cari mövsüm üçün nəzərdə tutulmuş tədarükləri tam həcmdə yerinə yetirməyi planlaşdırır, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Kənd təsərrüfatı mövsümünün 2023-cü il iyulun 1-dən başlayacağı və 30 iyun 2024-cü ilə qədər davam edəcəyi dəqiqləşib. Həmin andan şirkət Rusiyadan taxıl ixracını dayandıracaq. Eyni zamanda, şirkət dəyişikliklərin “Cargill-in Rusiyadakı hər hansı digər fəaliyyətinə və aktivlərinə” təsir etməyəcəyini vurğulayıb.

“Cargill” Rusiya bazarına 1991-ci ildə daxil olub. Rusiya bölməsi taxıl ixrac etməklə yanaşı, restoranlara və pərakəndə satış şəbəkələrinə ərzaq məhsulları təqdim edir, enerji, duz, nişasta məhsulları və polad məmulatlarının sənaye istehlakçıları ilə işləyir, həmçinin müştərilərə maliyyə xidmətləri göstərir.

Nəşrin mənbələrinə görə, “Cargill” bu bazara dövlət tərəfindən artan tənzimləmə və təzyiqlər səbəbindən Rusiyadan taxıl ixracını dayandırmaq qərarına gəlib.

Son xəbərlər
Digər xəbərlər