8 C
Baku
Friday, December 13, 2024

Dünyanın ən böyük texnologiya şirkətlərinin bazar dəyəri $1 trln. azalıb

Amerikanın texnologiya nəhəngləri mayın 5,6 və 9-u olan son üç ticarət günündə bazar dəyərinin 1 trilyon dollardan çoxunu itirib. Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, satış çərşənbə günü, mayın 4-ü Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yarım faiz artırmağa qərar verməsindən sonra başlayıb.

Dünyanın ən dəyərli ictimai şirkəti olan “Apple” çərşənbə günü, mayın 4-ü ticarət sessiyasının bağlanmasından bəri 220 milyard dollar itirib. Onun ardınca FED-in sədri Cerom Pauell inflyasiyanın çox yüksək olduğunu, lakin faiz artımı planlarının yazım faizlə məhdudlaşacağını söyləyib.

ABŞ-ın texnologiya nəhənglərindən biri olan “Microsoft” bazar dəyərinin 189 milyard dollarını itirib. “Tesla”nın itkiləri təxminən 199 milyard dollar təşkil edib. “Amazon”un bazar dəyəri 173 milyard dollar, “Alphabet”in isə 123 milyard dollar azalıb. Videokart istehsalçısı “Nvidia” təxminən 85 milyard dollar, “Meta” isə 70 milyard dollar itki ilə üzləşib.

Bunun fonunda investorlar diqqətlərini “Campbell Soup” (konservləşdirilmiş şorba istehsalçısı), “General Mills” (dünyanın ən böyük qida istehsalçılarından biri) və “J.M. Smucker” (ABŞ və Kanadada qida məhsullarının istehsalı və satışı şirkəti) kimi oyunçulara yönəldir.

ABŞ fond bazarında səhmlər cümə axşamı ucuzlaşıb və mayın 6-sı və 9-u ucuzlaşmağa davam edib. S&P 500 mayın 9-da bazar ertəsi günü 4000 səviyyəsindən aşağı düşüb, 4 may Çərşənbə günü bağlandıqdan sonra 7% azalıb. Invesco Nasdaq 100 ETF eyni dövrdə təxminən 10% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər