17 C
Baku
Saturday, May 18, 2024

Dünyanın ən böyük treyderi neftin $80-a qalxacağını proqnozlaşdırdı

Dünyanın ən böyük müstəqil treyderi “Vitol Group” neftin qiymətinin 80 dollara qalxacağını proqnozlaşdırıb.

Banker.az xəbər verir ki, şirkətin rəhbəri Rassel Hardi bu qış neftə olan tələbatın gündə 500 min barrel artacağını hesab edir. Bu, OPEC+ ölkələrini bazar təkliflərini artırmağa sövq edə bilər.

“Vitol”un rəhbəri Avropanın qaz anbarlarının oktyabr ayına qədər normal səviyyədən 78% dolacağını, qış aylarında qaza tələbatın artacağını proqnozlaşdırıb. “Bütün insanlar ehtiyatların azalmasından narahatdır. Qışda qaza olan tələbat yay aylarına nisbətən daha çoxdur”, – deyə ekspert qeyd edib.

Qaz həcminin azalması Pakistan, Banqladeş, Hindistan və Çində tələbatın artması ilə üst-üstə düşüb. Bu o deməkdir ki, qazın qiyməti yenə yüksək olaraq qalacaq. Rasselin sözlərinə görə, indi bir ton qazın dəyəri 1.2 min dollardısa, mayeləşdirilmiş qazın qiyməti təxminən 750 dollardır.

Hardi vurğulayır ki, indi neftə olan tələbat hələ də pandemiyadan əvvəl 2019-cu ildəki səviyyədən aşağıdır və bu, hava səyahətlərinin azalması ilə əlaqədardır. Hardi əmindir: bu uçurum getdikcə daralacaq və 2022-ci ilin ortalarında tələb 2019-cu ilin səviyyəsinə qayıdacaq.

İndi Londonun ICE birjasında noyabr ayı üçün Brent markalı neftin bir barreli təxminən 77.2 dollaradır. OPEC-in neft nazirlərinin hasilatın azaldılması ilə bağlı razılaşmanın parametrləri barədə razılığa gələ bilmədikləri 2020-ci il mart ayndan etibarən neftin qiyməti artmağa davam edib.

Avropada qazın qiyməti bu ilin əvvəllərində artmağa başlayıb. Əgər iyun ayında qiymət 1000 kubmetr üçün 300 dollar idisə, sentyabr ayında göstəricilər rekord 900 dolları keçib. Eyni zamanda qiymət artımı sentyabr ayında son on ilin ən yüksək həddinə çatan qaz çatışmazlığı ilə üst-üstə düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər