1 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən böyük xəzinələri

Aşağıda sizə son zamanlarda tapılmış ən iri həcmli və böyük tapıntıların siyahısını təqdim edirik.

Floridada dəniz quldurlarının xəzinəsi, 1984-cü il.

109922.640xp

30-il əvvəl sualtı qazıntılar üzrə ixtisaslaşmış məşhur arxeoloq Barri Klifford Cape Cod yarımadasının dərinliklərində XVIII əsrdə batmış gəmi aşkar edir. Gəminin həbsxana bölməsində çoxsaylı qiymətli əşyalar tapılmışdır ki, onların ümumi çəkisi 5 ton idi. Tapılan xəzinəni isə 15 milyon dollar olaraq qiymətləndirirlər.

İrlandiya sahillərində 48 ton gümüş, 2012-ci il.

109926.640xp

İki il bundan əvvəl Atlantik okeanın dibindən 48 ton gümüş su üzərinə qaldırılır. Tapılmış bu sərvət öz tarixi boyunca tapılmış ən böyük xəzinə idi. 38 milyon dollar dəyərində olan xəzinə “Hersoppa” gəmisinin göyərtəsində idi. Bu gəmi hərbi nəqliyyat gəmisi idi və 1941-ci ildə alman sualtı gəmilərinin hücumundan sonra batırılmışdı.

500 min qızıl və gümüş sikkə, 2007-ci il.

109930.640xp

2007-ci ilin may ayında geoloji araşdırmalarla məşğul olan Odyssey Marine Exploration şirkəti San-Fransisko yaxınlığında batmış gəmi aşkar edir. Bu gəmidə bir vaxtlar 500 min qızıl və gümüş sikkə daşınırmış.

Karib dənizinin qədim sikkələri, 2011-ci il.

109932.640xp

Üç il əvvəl Dominikan Respublikasından Deep Blue Marine araşdırma qrupu XVI əsrə aid batmış gəmi ilə üzləşir. Onlar bu gəmidə 700 qədimi sikkə, heykəllər və cilalanmış daş güzgü tapırlar.

Britaniya gəmisində sovet platinləri, 2012-ci il.

109935.640xp

2012-ci ilin fevralında məşhur amerikalı qızıl kəşfiyyatçısı Greq Bruks Britaniya gəmisi aşkar edir. Bu gəmi Nyu-Yorka platin yükünü aparmalı idi. Gəmini alman sualtı gəmisi batırıb.

Hind məbədində 1,3 milyard dollar, 2011-ci il.

109936.640xp

Üç il əvvəl hind məbədlərindən birindən çox nəhəng bir xəzinə tapılır. Bu zaman monastırın bünövrəsində möhürlənmiş qızıl tapılır. Tapılan bütün sərvətin çəkisi 30 tondan çox idi.

Daha sonradan qiymətləndirmələr nəticəsində onun dəyərinin 1 milyard dollardan çox olduğu aşkarlanır ki, bu da ölkənin qızıl ehtiyatından 5% çoxdur.

150 min Qədim Roma sikkəsi, 2010-cu il.

109939.640xp

Böyük Britaniyanın cənubunda yaşlı bir cütlük meşədə gəzərkən cəmi 1 metr dərinlikdə basdırılmış nəhəng həcmdə  olan xəzinədən bir neçə sikkə aşkarlayırlar. Daha sonradan əlavə 150 min mis və gümüş sikkələr də tapılır. Tapılan xəzinənin ümumi həcmi 160 kiloqram idi.

Staffordşirdə qızıl və zinət əşyaları, 2009-cu il.

109941.640xp

Arxeoloq Terri Herbert anglo-sakson dövrünə aid xəzinə tapır. Onun tapdığı sərvətin içərisində 5 kiloqram qızıl bəzək əşyaları, 3 kiloqram gümüş və bir neçə nəhəng qiymətli daşlar var idi. Araşdırmaçı bu xəzinəyə dostunun fermasında gəzərkən təsadüfən rast gəlmişdi.

Cersidə Kelt xəzinəsi, 2012-ci il.

109944.640xp

La-Manşda Cersi adasında qazıntı işləri aparan arxeoloqlar 2 min il əvvəl basdırılmış Kelt xəzinəsi ilə rastlaşırlar. Tapılan xəzinənin dəyəri isə 17 milyon dollar olaraq qiymətləndirilir.

 “Edinburq” qızılı, 1981-ci il.

109945.640xp (1)

1942-ci ilin aprelində “Edinburq” gəmisi Murmanskdan tərkibində 5,5 ton qızıl ilə Böyük Britaniyaya yollanır. Lakin gəmi yarı yolda komandirin əmri ilə alman sualtı gəmisi ilə batırılır. Gəmi yalnızca 1980-ci ildə tapılır və 1981-ci ilin sentyabrında demək olar ki, bütün qızıl su üzərinə çıxarılır.

Son xəbərlər
Digər xəbərlər