“Forbes” jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını açıqlayıb.
Reytinqə Argentina millisinin və İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi başçılıq edir.
33 yaşlı hücumçunun builki gəliri 126 milyon ABŞ dolları təşkil edir.
Sıralamada 2-ci yeri 117 milyon ABŞ dolları qazanan İtaliya “Yuventus”unun forvardı Kriştianu Ronaldu tutur. Portuqaliyalı oyunçu daha əvvəl dünyanın ilk milyarder futbolçusu kimi tarixə düşüb.
Siyahının 3-cü pilləsində isə Fransa PSJ-sinin braziliyalı hücumçusu Neymar yer alır – 96 milyon ABŞ dolları.
Reytinqdə ilk “10-luq” aşağıdakı kimidir:
1. Lionel Messi (“Barselona”) – 126 milyon ABŞ dolları
2. Kriştianu Ronaldu (“Yuventus”) – 117 milyon ABŞ dolları
3. Neymar (PSJ) – 96 milyon ABŞ dolları
4. Kilian Mbappe (PSJ) – 42 milyon ABŞ dolları
5. Məhəmməd Salah (“Liverpul”, İngiltərə) – 37 milyon ABŞ dolları
6. Pol Poqba (“Mançester Yunayted”, İngiltərə) – 34 milyon ABŞ dolları
7. Antuan Qrizmann (“Barselona”) – 33 milyon ABŞ dolları
8. Qaret Beyl (“Real Madrid”, İspaniya) – 29 milyon ABŞ dolları
9. Robert Levandovski (“Bavariya”, Almaniya) – 28 milyon ABŞ dolları
10. David De Xea (“Mançester Yunayted”) – 27 milyon ABŞ dolları