Counterpoint Research analitikləri yanvar ayının nəticələrinə əsasən dünyada ən çox satılan smartfonların reytinqini tərtib edib.
Onluqda kimlərdir?
Bu siyahını demək olar ki, tamamilə iPhone-nun yeni və daha köhnə modelləri doldurub, Apple smartfonları isə 10 yerdən altısındadır.
Onluqda ilk yerdə iPhone 12, daha sonra iPhone 12 Pro , bürünc pillədə iPhone 12 Pro Max gəlir. Analitiklərin dediklərinə görə bu üç modelin satışı Apple-in son ay satışlarının 71%-ni təşkil edib.
Counterpoint Research qeyd edir ki, iOS bazasında 5G yenilənməsinə olan tələbat və operatorların aktiv reklam aksiyaları sayəsində iPhone 12 seriyasından olan modellərin geniş satışına yol açıb. Bundan əlavə, iPhone yeni seriyanı bazara nəzərdə tutulan vaxtdan gec təqdim etdiyindən cihazlara tələbat yanvar ayında pik həddə qalxıb.
Proqnozlara baxmayaraq, iPhone 12 mini kiçik modeli də onluğa düşə bilib. Səkkizinci yeri tutan mini model 4-cü yerdəki iPhone 11 “qoca”-dan geri qalsa da, 10-cu yerdəki iPhone SE 2020- ni qabaqlaya bilib.
Onluğun cəmi 4 smartfonu Android cəbhəsindəndir. Beş və altıncı yerlərdə isə, kiçik büdcəli modellər sayılan Redmi 9A və Redmi 9- dir. Bu telefonların satışı Xiaomi- nin ümumi satışının 25%-ni təşkil edib.
Sonra Samsung Galaxy A21s, 9-cu yerdə isə reytinq cədvəlinə ilk dəfə düşən Samsung Galaxy A21s gəlir.