8 C
Baku
Thursday, December 12, 2024

Dünyanın ən qapalı klubu: Bilderberg klubunda nə müzakirə edilir?

Şəkildə gördüyünüz Bilderberg klubunun 2015-ci il üçün nəzərdə tutulmuş yığıncağının keçirildiyi yerdir. Dünya elitasının toplaşdığı Bilderberg klubunun illik görüşü Avstriyanın kiçik Telfs-Buxen şəhərində yerləşən oteldə 11-14 iyun tarixlərində baş tutdu. Adəti üzrə bu görüşdə dövlətlərin keçmiş və cari rəhbərləri, dünyanın aparıcı KİV nümayəndələri, ictimai xadimlər, iqtisadçılar, maliyyəçilər və bankirlər iştirak edir.

Bu forum artıq 60 ildən çoxdur ki, keçirilir və onun keçirilməsi üçün mümkün qədər qapalı və nəzərlərdən uzaq məkan seçilir. Görüşün ilk dəfə keçirildiyi 1954-cü ildən başlayaraq klub haqqında demək olar ki, heç bir məlumat məlum deyildi. Lakin bu yaxınlarda iştirakçıların və müzakirəyə çıxarılan mövzuların siyahısının yerləşdirildiyi klubun saytı peyda oldu.

Bu il konfransda təqribən 140 nəfər iştirak etdi və ən çox nümayəndəyə sahib olan ölkə ABŞ idi. Almaniyanı təmsil edənlər isə ölkənin müdafiə naziri Ursula von der Leyen və Müdafiə Nazirliyinin dövlət katibi Katrin Suder idi. Bundan əlavə, görüşdə Deutche Bank və Siemens kimi məşhur şirkət və bank rəhbərlərinin iştirakı da gözlənilən idi.

Siyahıda əlavə olaraq, ABŞ prezidenti Barak Obamanın maliyyə və iqtisadiyyat üzrə məsləhətçisi Lourens Bun, Hollandiya şahzadəsi Beatriks və baş nazir Mark Ryutte, Avstriya prezidenti Hayns Fişer-in də adını görmək mümkün idi.

İştirakçıların çıxışlarını tamamilə gizli saxlamaq isə Chatham House Rule qaydaları əsasında həyata keçirilir. Bu qayda 1927-ci ildə Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu tərəfindən təyin edilib. Hər il klubun yığıncağında iştirak etmək üçün jurnalistlər dəvət edilsə də, mətbuatın görüşdəki hadisələri işıqlandırmasına icazə verilmir.

Son xəbərlər
Digər xəbərlər