16 C
Baku
Wednesday, May 1, 2024

Dünyanın ən səxavətli bossu

Miçiqandakı Ann Arbor avtosalonun keçmiş sahibi 83 yaşlı Hovard Kuper biznesini elə bu ilin yazında satmışdır. Başlanğıcda avtosalonun işçiləri narahat idilər ki, yeni sahiblə işsiz qalacaqlar, lakin onların qorxduqları reallığa çevrilmədi. 

Fox News telekanalının verdiyi informasiyaya görə, keçmiş boss xəsis çıxmadı: təqaüdə çıxmamışdan qabaq, o öz işçilərinə işlədikləri hər il üçün 1000 dollar məbləğində vəsait ödəyərək minnətdarlığını bildirib.

Bununla da, Kuperə 26 il işləmiş Bob Cekkins 26 min dollar qazanmış oldu. Cekkins etiraf etdi ki, vicdanla qazandığı pulları uşaqlarının təhsilinə xərcləyəcək.

“Mən şokda idim, heç vaxt belə bir şey gözləməzdim. Bütün işçilər şokdadırlar, hələ də özlərinə gələ bilmirlər”, mütəəssir olmuş Cekkins bildirdi. O, habelə söylədi ki, mükafat haqqında biləndə həmkarlarından çoxu güclə göz yaşlarını saxlayırdılar.

Mühasibatçı Sendi Riqan isə Ann Arbor-a 46 ilini həsr edən ən sadiq işçi olduğuna görə 46 min dollar qədər daha varlı oldu.

Yaxınlarda 83 yaşı tamam olan Hovard Kuper avtomobil satışı üzrə biznesini 1965-ci ildə açmışdır. “Mən öz işçilərimə minnətdarlığımı bildirmək istədim. Ümid edirəm ki, onların da mənə kömək etdikləri kimi, mənim də bu hərəkətim onların həyatını daha yaxşı etməyə kömək edəcək”, – Kuper öz qərarına aydınlıq gətirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər