9 C
Baku
Friday, December 13, 2024

Dünyanın ən səxavətli ölkələrinin reytinqi açılanıb – TOP-5

“Forbes” jurnalı səxavət baxımından dünya ölkələrinin reytinqini hazırlayıb. Siyahı ölkələrdə xeyriyyə məqsədləri üçün edilən ianələrin adambaşına düşən həcmi hesablanıb.

“Forbes”a istinadən verilən məlumata görə, 2020-ci ildə ən səxavətli ölkə İrlandiya olub. Ən böyük həcmli ianələri irlandiyalılar Navaho və Hopi Ailələrinə Yardım Fonduna (ABŞ-ın yerli xalqları) edib. Sözügedən ianələr bu xalqların 1872-ci ildə Böyük Qıtlıq dövründə İrlandiyaya etdiyi köməyə görə verilib.

Reytinqin ilk beşliyində ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya da yer alıb.

Qeyd olunur ki, 2020-ci ildə ianələrin hamısı koronavirus pandemiyası ilə bağlı olmayıb. Koronavirusdan başqa, ianələr ümumi bərabərlik uğrunda mübarizə aparan təşkilatlara da edilib.

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər