9 C
Baku
Friday, December 13, 2024

Dünyanın ən sirli binaları

1943-cü ilin 15 yanvarında Pentaqonun tikintisi bitir. Bu dünyanın ən sirli tikintilərindən biridir, bura giriş məhduddur. Dünyada bu cür tikintilərdən çox azdır. 

Sizə beş sirli tikintilər təqdim edirik.

Pentaqon

1389795340_798893_76 Pentaqon yunan dilindən tərcümədə «beşbucaqlı» deməkdir. «Beşbucaqlı» ABŞ-ın Müdafiə Nazirliyinin binasının adıdır. Pentaqon Virciniya ştatında yerləşir.

Bu dünyanın ən böyük ofis binasıdır. Binanın iki yerin üstündə və iki yerin altında mərtəbələri  var. Yerüstü mərtəbələrin hündürlüyü 23,5 metr təşkil edir. Pentaqon layihəsi amerikalı arxitektor Corc Berqstroma məxsusdur.

Gizli Kəşfiyyat xidmətinin binası

1389795743_599794_24 Gizli Kəşfiyyat xidmətinin binası Britaniya Gizli kəşfiyyat xidmətinin baş ofisidir. Onun rəsmi adı yoxdur. Gizli Kəşfiyyat xidmətinin binası Londonun cənub-qərbində, Temza çayının sahilində yerləşir.

Binanın tikintisi 1994-cü ilin aprel ayında bitir. Həmin ilin iyul ayında kraliça II Elizavetanın iştirakı ilə bina rəsmi olaraq açılmışdı. Binanın inşası zamanı xüsusi təhlükəsizlik tədbirləri alınmışdı. Mühəndislərə təyin olunmuş xüsusi tələblər hələ də gizli saxlanılır. Bu bina Lego konstruktorlarına oxşadığı kimi ingilis kəşfiyyatçıları arasında onu zarafatla “Leqolend adlandırırlar”.

Milli təhlükəsizlik agentliyinin qərargahı

1389796637_933259_6 Milli təhlükəsizlik agentliyi ABŞ-ın kəşfiyyat təşkilatıdır. Onun inşası gizli saxlanılırdı (1952-ci il). Onun qərargahı Merilend ştatında Fort- Midedə yerləşir. Qərargahın ərazisi 263 hektar təşkil edir. Fort-Mid tamamilə bütün öz həyati funksiyalarını təmin etmək bacarığına sahibdir. Orada elektrik stansiyası, televiziya şəbəkəsi, polis bölməsi, kitabxana, kafe, barlar, sosial sahənin müxtəlif obyektləri, məktəblər və uşaq bağçaları var. Kompleksin iki şüşə binası 1984-cü və 1986-cı illərdə inşa və düşmənlərin radio elektron kəşfiyyatına qarşı müdafiə sistemləri ilə təchiz olmuşdular. Qərərgahın əsas binasının hündürlüyü 9 mərtəbə təşkil edir.

BND-in qərərgahı

The main entrance of Germany's intelligence agency Bundesnachrichtendienst (BND) headquarters is pictured in Pullach 2010-cu ilin mart ayında yeni kəşfiyyat binasının tikintisi bitir. Bura Münhendən Almaniyanın Federal kəşfiyyat xidməti  (BND) köçür. BND-nin yeni qərərgahının kompleks binaları keçmiş şərqi Berlində, “Dünyanın gənclərinin stadionu”nun ərazisində yerləşir. ADR vaxtlarında burada mütəmadi olaraq milli futbol yarışmaları keçirilirdi. Kompleksin ümumi sahəsi 10 hektar təşkil  edir. BND-nin yeni qərərgahı Avropada ən müasir kəşfiyyat mərkəzi hesab edilir.

Vatikanın gizli arxivi

1389801239_008215_87 Vatikanın gizli arxivi Vatikanın apostol kitabxanasının bir hissəsidir. V Pavl papasının dövründə (XVII əsrin sonunda taxtda olub) sənədlərin saxlanması üçün xüsusi bina ayrılmışdı. Beləliklə gizli arxivin tarixinin əsası qoyulur. XVII əsrdə Vatikan kitabxanasına şəxsi kolleksiyaları və kral bəxşişlərini vermək adəti yaranır. 1623-cü ildə Bavariyanın təmsilçisi  I Maksimilian işğal etdiyi Heiderberq kitabxanasının böyük bir hissəsini papa XV Qriqoriyə bağışladığında gizli arxivin fondu zənginləşir. Qeyd edək ki, papa XV Qriqoriy  I Maksimiliana otuzillik müharibədə yardım etmişdi.

Gizli arxivin fonduna 630 müxtəlif arxiv, ümumilikdə 35 min cild daxildir. Arxivdə hər il bütün dünyadan 1500 şagird çalışır. Sənədlərlə dolu rəflərin uzunluğu 85 kilometr təşkil edir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.