25 C
Baku
Monday, April 29, 2024
Home Məqalələr Bu maraqlıdır Dünyanın ən ucuz şəhəri hansıdır?

Dünyanın ən ucuz şəhəri hansıdır?

0
Dünyanın ən ucuz şəhəri hansıdır?

Tunis 2017-ci ildə köçmək üçün ən ucuz şəhərlərin siyahısına başçılıq edib. Sözügedən bu reytinqi isə Almaniyanın yük taksisi xidmətləri təklif edən Movinga şirkəti tərtib edib.

Banker.az xəbər verir ki, şirkət mütəxəssisləri köç edilən yeni şəhərdə 1 ay ərzində edilən xərcləri hesablayıblar. Ümumilikdə, bu xərclərə mənzil kirayəsi, telefon qoşulması, qida və nəqliyyat aiddir. Tunisdə (Afrikada eyni adlı ölkənin paytaxtı) 1 ay yaşamaq üçün təqribən 398 dollar tələb olunur.

Reytinqin ikinci pilləsində 422 dollar xərc tələb edən Hindistanın cənubunda yerləşən Banqalor şəhəri yer alıb. Üçüncü pillənin sahibi isə Qahirə şəhəridir (532 dollardan bir qədər çox).

Buxarest şəhəri dördüncü pillədə yer alıb və burada yaşanan bir ay ərzində 583 dollar xərclə üzləşə bilərsiniz. Beşinci pillədə isə Medellin (Kolumbiya) şəhəri var. Bura köçmək isə 603,6 dollara başa gələcək.

Bundan əlavə, reytinqin TOP-10-luğuna Sofiya (Bolqarıstan), Kolumbiya paytaxtı Boqota, Laqos (Nigeriya), Riqa və Budapeşt şəhərləri daxil olub. Ümumilikdə isə reytinqdə 75 yaşayış məntəqəsi daxil edilib.