İş yerimizdə və yaxud yaşadığımız binada qəfil olaraq lift xarab olursa pilləkandan istifadə etməyə məcbur oluruq. Mütəmadi olaraq liftdən istifadə etdiyimizə və rahatlığa öyrəşdiyimizdən pilləkanla qalxdığımız yol bizə çox uzun görünür.
Bəs nə vaxtsa dünyanın ən uzun pilləkanın harada yerləşdiyiniz və hansı ölkəyə məxsus olduğunu düşünmüsünüzmü? Dünyanın ən uzun pilləkanı İsveçrədə yerləşir.
Belə ki, burada Nizen dağlarına qalxmağa imkan verən Niesenbahn funiklyorunun pilləkanı bu statusa layiqdir.