20 C
Baku
Friday, May 3, 2024

Dünyanın ən varlı 5 neft baronu

Neft – dünyada ən çox tələbat olan resurslardan biridir və zamanla bu tələbat artmaqdadır. Neft aktivləri sahiblərinin çox varlı insanlar olması da təəccüblü hal deyil. Bəs bu şəxslərdən ən çox sərvətə malik olanlar kimlərdir?

№1: Çarlz və Devid Koch

129594.320xp

Çarlz və Devid Koch-un sahib olduqları sərvət 68 milyard dollar olaraq qiymətləndirilir. Onlar ilk olaraq öz sərvətlərini atalarından ailə biznesini miras olaraq əldə etməklə başlamışdılar.

Onların əsas neft-qaz şirkəti olan Flint Hills Resources il ərzində 300 milyon barreldən çox neft istehsal edir. Bu rəqəm qardaşların ekologiyanı nəyə görə sevmədiklərinin əsas sübutudur. Onların bütün şirkətləri ildə atmosferə 300 milyon tondan çox zərərli qaz “ifraz” etmiş olur.

№2: Mukeş Ambani

129595.320xpMukeş Ambaninin sərvəti 21,5 milyard dollar olaraq qiymətləndirilir və o da öz sərvətini varlı atasının iştirakı ilə əldə edib. Hazırda isə o Reliance Industries hind şirkətinin rəhbəridir. Bu şirkət isə tekstil məhsullarının istehsalı üçün yaradılmışdı. Bununla yanaşı, 2008-ci ildə neft-qaz arenasına yeni daxil olan törəmə şirkət yaradılmışdı.

№3: Viktor Vekselberq

129596.320xpViktor Vekselberqin sərvəti isə 17,2 milyard dollardır. O ilk iri həcmli kapitalı metallurgiya sektoru sayəsində əldə edib. O qısa müddət ərzində Rusiyanın ən varlı insanı olmağı bacarıb.

№4: Mixail Fridman

129597.320xpBu biznesmenin sərvəti isə 16,5 milyard dollar olaraq qiymətləndirilir. O “Alfa-Group”-un yaradıcılarından biridir. Bu qrup isə hazırda Rusiyanın ən nəhəng maliyyə-sənaye qruplarından biridir. 2013-cü ildə şirkətin gəliri 16,8 milyard dollar təşkil edirdi.

№5: Vahid Ələkbərov

129598.320xpAzərbaycanlı milyarderin sərvəti isə 14,8 milyard dollardır. Dünyanın ən varlı 5 neft-qaz baronları içərisində o yeganə şəxsdir ki, biznesini məhz olaraq neft sektorundan başlamışdır.

O “Lukoil” rəhbəri olaraq şirkətin 20%-nə sahibdir və onun sərvəti məhz bu aktivlə bağlıdır. Şirkət onun rəhbərliyi altında 40-dan çox ölkə ilə beynəlxalq əlaqələrə sahibdir.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər