Bolqarıstan Milli Bankının rəhbəri Dimitar Radev və Gürcüstan Milli Bankının rəhbəri Koba Gvenetadze yenidən dünyanın ən yaxşı baş bankirləri seçilib.
Bu barədə “Global Finance” nəşrinin 2019-cu il üzrə “Mərkəzi Bank sədrləri” hesabatında qeyd olunub.
Belə ki, “A”-dan “F”-ə qədər dərəcələrlə qiymətləndirilən 94 ölkənin baş bankirləri arasında 9-u inkişaf etməkdə olan Avropa ölkələrindən olub. D. Radev və K. Gvenetadze ötən ilki kimi “A-” dərəcəsi ilə qiymətləndirilib.
Belarusun baş bankiri Pavel Kallaur ve Çexiya baş bankiri Jiri Rusnok “B”-dən “B+”-a qədər yüksəlib.
Azərbaycan Mərkəzi bankının sədri Elman Rüstəmov ötən ildə olduğu kimi “B” dərəcəsi ilə qiymətləndirilib.