Global Finance maliyyə jurnalının versiyasına əsasən, dünyanın ən yaxşı özəl bankı İsveçrənin UBS bankı elan edildi. Jurnalın redaksiyası qalibi marketinq araşdırması, analitiklərin fikirləri, maliyyə sahəsinin aparıcı oyunçularının və bank xidmətindən mütəmadi yararlanan şəxslərin düşüncələri əsasında təyin edib.
Jurnal həmçinin ölkə və regionlar üzrə ən yaxşı özəl bankları da təyin edib. Raiffeisen Bank eyni zamanda iki fərqli ölkədə – Ruminya və Xorvatiyada ən yaxşı özəl bank elan edilib. Qərbi Avropa ən yaxşı özəl bank BNP Paribas oldu. Unicredit isə Mərkəzi və Şərqi Avropada ən yaxşı özəl bank adına layiq görülüb.
Kateqoriyalar üzrə qaliblər:
Ən yaxşı özəl bank — UBS
Dünyanın ən yaxşı private-bank butiki — Banque Syz
Dünyanın ən yaxşı innovativ özəl bankı — Citi
İnvestisiya üçün ən yaxşı özəl bank — UOB
Yeni müştəri seqmenti üçün ən yaxşı özəl bank — BNY Mellon
İnkişaf etməkdə olan bazarlar üçün ən yaxşı özəl bank — Itaú Unibanco
Sahibkarlar üçün ən yaxşı özəl bank — Northern Trust
TOP-rəhbərlər üçün ən yaxşı özəl bank — Morgan Stanley
Milleniallar üçün ən yaxşı özəl bank — DBS Bank
1 milyon dollardan az olmayan kapital üçün ən yaxşı özəl bank — Santander
1 milyon dollardan 25 milyon dollara qədər kapital üçün ən yaxşı özəl bank — DBS Bank
25 milyon dollardan çox kapital üçün ən yaxşı özəl bank — J.P. Morgan
Nəsillərarası özəl kapitalın idarəsi üçün ən yaxşı özəl bank — Pictet
Müştəri məsələlərinin rəqəmsal həll edilməsi üzrə ən yaxşı özəl bank — KEB Hana Bank
Regionlar üzrə qaliblər:
Şimali Amerikada ən yaxşı özəl bank — J.P. Morgan
Şimali Amerikada sahibkarlar üçün ən yaxşı özəl bank — BMO
Qərbi Avropada ən yaxşı özəl bank — BNP Paribas
Qərbi Avropada sahibkarlar üçün ən yaxşı özəl bank — Société Générale
Asiya-Sakit okeanı regionunda ən yaxşı özəl bank — DBS Bank
Asiya-Sakit okeanı regionunda sahibkarlar üçün ən yaxşı özəl bank — Bank of Singapore
Mərkəzi və Şərqi Avropada ən yaxşı özəl bank — Unicredit
Latın Amerikasında ən yaxşı özəl bank — Santander
Karib dənizində ən yaxşı özəl bank — Scotiabank
Yaxın Şərqdə ən yaxşı özəl bank — NBD
Afrikada ən yaxşı özəl bank — Standard Bank