8 C
Baku
Thursday, March 28, 2024

Dünyanın ən yaxşı smartfonlarının adları açıqlanıb

Çinin “OnePlus 7T” dünyanın ən yaxşı 20 smartfonu modelinin reytinqinə başçılıq edir.

Siyahı “Business Insider” nəşrinin saytında dərc edilib.

Ekspertlər qeyd edb ki, “OnePlus” 7T 2019-cu ilin android mexanizmləri arasında ən yaxşı smartfondur. Bundan başqa, smartfonun üstünlükləri arasında üç obyektivlə yüksək optimallaşdırılmış əməliyyat sistemi və keyfiyyətli kamera seçilir.

Reytinqdə ikinci yerində “iPhone 11” qərarlaşıb. Siyahıda üçüncü yerdə Çinin “OnePlus” şirkətinin daha bir modeli – “7 Pro” qərarlaşıb.

Reytinqə “Samsung”un da bir neçə modeli düşüb. Xüsusi halda “Galaxy S10e”, “10, S10 Plus, S9, “S9 Plus”, “Note 10 Plus”, “Note 10” ən yaxşı telefonlardan hesab edilirlər.

“Apple” şirkətinin də “iPhone 11”, 11 PRO, “11 Pro Max”, XS, XS Max, XR, X, 8, 8 Plus modelləri ən yaxşı smatfon kimi təqdim olunub.

Fevralda ən yaxşı smartfon kimi “OnePlus 6T” qəbul edilmişdi. 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər