Çinin Zhejiang universitetinin tədqiqatçıları qrafin aerogelini yaratmışlar. İnanılmaz dərəcədə aşağı sıxlıqlı olan bu material həm xüsusiyyətlərinə, həm də görünüşünə görə diqqət cəlb edir. Hər kub santimetri 16 milliqram olan bu inanılmaz yüngül materialı hətta gül ləçəyinin üzərində belə saxlamaq mümkündür.
Bu qrafin aerogeli çox sürətli udma xarakteristikasına sahibdir. Gələcəkdə bu materialdan neft ləkələrinin toplanmasında istifadə etmək mümkündür. Onun açıq-aydın kövrəkliyinə baxmayaraq, material mexaniki təsirə malik qaldıqda sürətlə formasını bərpa edir.