LVMH holdinqinin sahibi Bernar Arno özünün hazırkı həyat yoldaşı Elen Mercenin ürəyini heç də öz milyardları ilə deyil, Şopenin valslarını ifa etmək bacarığı ilə fəth etmişdir. Elen Fransanın məşhur piano ifaçısı və xeyriyyəçisidir. Baxmayaraq ki, o model və ya kino ulduzu deyil, madam Arno olduqca xoşagəlimli və zərif xanımdır, elə deyilmi? Müsyö Arno da yaraşıq baxımından heç kəsdən geri qalmır.
Dəfələrlə dünyanın ən zəngin insanı seçilmiş Bill Qeytsi artıq 25 ildir ki, Melinda Qeyts ilə uğurlu nikah birləşdirir. Onları ailə həyatının möhkəmliyinin sirri ondadır ki, Melinda nəinki gözəl həyat yoldaşı, həm də yaxşı tərəfdaş və Billin sağ əlidir.
Dünyanın ən gənc milyarderlərindən biri olan Mark Tsukerberq (Facebook sosial şəbəkəsinin banisi) də özünə ömür gün dostu olaraq super-model və ya şou-biznes ulduzunu deyil, çin əsilli tələbə Prissila Çanı seçmişdir.
Hindistanın ən varlı sakini, Forbesin ən zənginlərinin reytinqində isə 18-ci yer ilə kifayətlənən Mukeş Ambani uzun müddətdir ki, öz qohunu Nite Ambani ilə ailəlidir. İxtisasca sosioloq olan xanım Ambani hal-hazırda xeyriyyə fondunun baş rəhbəridir.
Dünyanın ən məşhur investoru multimilyarder Uorren Baffetin sevgi tarixçəsi haqqında melodrama yazmağa layiq bir əhvalatdır. Birinci həyat yoldaşının vəfatından sonra məşhur investor keçmiş sovet emiqrantı Astrid Menks ilə münasibətlər saxlamışdı. Onların münasibəti 20 il davam etmiş və yalnız 2006-cı ildə 76 yaşlı maqnat xanım 62 yaşlı Menksə evlənmək təklif etmişdir. Yaşlı qadın təklifə müsbət cavab verib.
Şüldon Adelson, kazino oyunları biznesində milyardlar qazanmış bir insan 20 ildir ki, Miriam Osşorn ilə evlidir. Miriam tibbi təhsil almağına rəğmən, narkomaniya ilə mübarizə aparam bir fonda rəhbərlik edir. Adelson və Miriamın ailəsini –baş vermiş faciə daha da möhkəmlətdi, onların böyük oğlu Mitçel 2005-ci ildə aşırı narkotik istifadəsi nəticəsində vəfat etmişdir.
İsveçli maqnat Stefan Persson, H&M kompaniyalar şəbəkəsinin sahibi əminliklə bildirir: qadın evdə oturub, uşaqları tərbiyə etməli deyil. Ona görə də onun həyat yoldaşı Denizhəm də onun işgüzar tərəfdaşıdır.