2 C
Baku
Saturday, December 14, 2024

Dünyanın 30 ölkəsində meymunçiçəyi aşkarlanıb

Dünyanın 30 ölkəsində meymunçiçəyinə yoluxma müəyyən edilib, Banker.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Gebreyesus məlumat verib. O qeyd edib ki, hazırda meymun xəstəliyinin yayılması ilə bağlı aktiv araşdırma aparılır.

ÜST rəhbəri infeksiyaların sayının artacağı ilə bağlı xəbərdarlıq edib. O əlavə edib ki, meymun xəstəliyinin simptomları öz-özünə yox olur, lakin bəzən xəstəlik ağır formada keçir.

Ümumdünya Səhiyyə Təşkilatı daha əvvəl bildirmişdi ki, yayda Avropada meymun xəstəliyinin yayılması arta bilər. Ehtiyat tədbiri olaraq yoluxmuş şəxsləri vaxtında təcrid etmək və onların sosial təmaslarını izləmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər