6 C
Baku
Sunday, December 15, 2024

Dünyanın 4 ölkəsində aclıq baş qaldıra bilər

Banker.az xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının hesabatına əsasən, hazırda dünyanın 4 ölkəsi aclıq təhlükəsi ilə üz-üzədir.

Hesabata əsasən, Ümumdünya Ərzaq Proqramı bu ölkələrdə işin maliyyələşməməsini güman etməkdədir. Belə ki, Nigeriyada ÜDM proqramları yalnızca 65, Somalidə 49, Cənubi Sudanda 33, Yəməndə isə 37% maliyyələşib.

Təşkilat qeyd edib ki, yalnızca bu ölkələrə humanitar yardım göstərmək üçün əlavə olaraq təqribən 758 milyon dollara ehtiyac var.

Ümumilikdə, dünyanın 77 ölkəsində ehtiyac içərisində olan 85 milyon insana humanitar yardım etmək üçün 9,1 milyard dollar tələb olunur.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində böhranlar səbəbindən BMT-nin Ümumdünya Ərzaq Proqramının humanitar yardıma sərf etdiyi xərcləri 7 il ərzində 140% artıb.

Son xəbərlər
Digər xəbərlər