“Vesti.Ekonomika”. Counterpoint Research konsaltinq şirkətinin apardığı araşdırmaya əsasən, Samsung, Huawei, və Apple smartfon istehsalçıları dünya bazarında liderlik edən əsas şirkətlərdir.
Araşdırmada qeyd olunduğu kimi, smartfonların qlobal satışları üçüncü rübdə ötən il ilə müqayisədə 5% azalaraq 380 milyon ədədə çatdı. Ekspertlər bu azalmanı qlobal iqtisadiyyatdakı yavaşlama ilə əlaqələndirirlər.
Dünya bazarındakı payına görə ən böyük smartfon istehsalçıları aşağıdakılardır.
-
Lenovo
Dünya üzrə satış payı: 3%
Lenovo Group Limited Çin şirkəti olmaqla, kompüter və digər elektronika istehsal edir.
Lenovo şirkətinin qərargahı Pekində (ÇXR) yerləşir, lakin şirkət Pekində deyil, Hong Kongda qeydiyyatdan keçib.
2017-ci ildə şirkətin əməkdaşlarının sayı dünyanın 60 ölkəsində 52 min nəfərdən çox olmuşdur.
Şirkət 160-dan çox ölkədə müştərilərə xidmət göstərir.
İstehsal etdiyi məhsulları isə bu kimi markalar altında buraxır: Lenovo, ThinkCentre, ThinkPad, ThinkVision, IdeaPad. Şirkətin 46 laboratoriyası, xüsusilə Yokohamada (Yaponiya), Pekində, Şanxayda, Uahanda və Şencendə (Çin), həmçinin Morrisvilledə (Şimali Karolina, ABŞ) araşdırma mərkəzləri var.
-
Vivo
Dünya üzrə satış payı: 8%
Vivo Communication Technology Co. Ltd. – dünya üzrə smartfon istehsal edən ən böyük Çin şirkətlərindəndir.
Vivo, demək olar ki, Qərbdə mövcud deyildir, amma Çin smartfon bazarı o qədər böyükdür ki, ona dünyanın aparıcı istehsalçılarından biri olmağa imkan verir.
Hal-hazırda, Vivo şirkətinin 4 zavodu var, onlardan 2-si Çində yerləşirlər, digərləri isə Hindistan və İndoneziyadadır.
-
Oppo
Dünya üzrə satış payı: 9%
Oppo Electronics Corporation – elektronika istehsalçısı olan Çin şirkətlərindən biridir. 2008-ci ildə Oppo, yeni olan portativ elektronika seqmentini açaraq mobil telefonların istehsalına başladı.
Şirkətin istehsal etdiyi smartfonlarda Qualcomm, qismən isə MediaTek prosessorlardan istifadə edilir.
İlk smartfon 2011-ci ildə satışa buraxılmışdı.
-
Xiaomi
Dünya üzrə satış payı: 9%
Xiaomi Corporation – Ley Çzun tərəfindən 2010-u ildə əsası qoyulmuş Çin şirkətidir.
Şirkətin fəaliyyətinin əsasını smartfonların istehsalı durur. 2018-ci ilin 25 oktyabr tarixində şirkət ilk smartfon-slayder olan Mi Mix 3 smartfonu anons etdi.
-
Apple
Dünya üzrə satış payı:12%
Apple – kompüter, audiopleyer, telefon və proqram təminatını istehsal edən Amerika korporasiyasıdır.
Apple, fərdi kompüterlərin və qrafik interfeysli əməliyyat sistemlərin istehsalına başlamış şirkətlərdən biridir.
-
Huawei
Dünya üzrə satış payı: 14%
Huawei Technologies Co. Ltd. – telekommunikasiya sahəsində dünyanın aparıcı şirkətlərindən biridir.
2018-ci ilin iyununda Huawei, Samsung və Apple-ı keçərək Rusiyada internet-satışlar üzrə lider olmuşdur.
-
Samsung
Dünya üzrə satış payı: 19%
Samsung Group – əsası 1938-ci ildə qoyulmuş Cənubi Koreya şirkətidir.
Dünya bazarında yüksək texnoloji komponentlərin, inteqral mikrosxemlərin, audio və video qurğularının və məişət texnikasının istehsalı ilə məşhur olub.
Smartfonların satış həcminə görə şirkət birinci yer tutub.