6 C
Baku
Saturday, February 24, 2024

Dünyanın ən böyük banklarından biri məhkəməyə verildi

Dünyanın ən böyük banklarından biri “Barclays”a qarşı məhkəmə işi açılıb.

ANS PRESS-in məlumatına görə, hüquqi prosesi başladan şəxs bankın büdcəsinə xaricdən yatırım cəlb edən Amanda Steyvlidir. Steyvli sahibi olduğu PCP Kapital Partners şirkətinə 700 milyon funt-sterlinq zərər dəydiyini açıqlayıb. Lakin o, zərərin dəqiq nə ilə bağlı olduğunu deməyib.
PCP Kapital Partners 2008-ci ildə “Barclays” bankına 3.5 milyard dollar həcmində maliyyə vəsaiti cəlb edib. Həmin maliyyə vəsaiti Birləşmiş Ərəb Əmirliklərinin hazırkı baş nazir müavini Mənsur bin Zeyd əl-Nəhayyana məxsusdur. Bank bu yatırımdan 5.3 milyard dollar gəlir götürüb.
Amanda Steyvlidir - PCP Kapital Partners şirkətinin rəhbəri
Amanda Steyvlidir – PCP Kapital Partners şirkətinin rəhbəri
Bank rəhbərliyi Mənsur bin Zeyd əl-Nəhayyan ilə razılığa gəlmək üçün qətərli investorların da dəstəyini qazanmaq məcburiyyətində qalıb. Qurum investorları yola gətirmək üçün onlara gizli olaraq 322 milyon funt-sterlinq ödəyib. Böyük Britaniyanın maliyyə nizamlaması və nəzarəti idarəsi banka qarşı bu cür ittihamlar səsləndirib.

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər