19 C
Baku
Sunday, April 28, 2024

Dünyanın iki nəhəng bankından ölkə banklarına dəstək

Azərbaycan bankları bir sıra təşkilatlarla əməkdaşlıq edir. Belə ki, Azərbaycan Respublikası 1992-ci ilin sentyabr ayında Dünya Bankının, 1995-ci ilin mart ayında isə Beynəlxalq İnkişaf Təşkilatının üzvüdür. Ölkə həmçinin 1992-ci ildə Çox Tərəfli İnvestisya Təminat Təşkilatına, 1995-ci ildə isə Beynəlxalq Maliyyə Təşkilatına daxil olub.

Dünya Bankının başqa banklardan o fərqləndirir ki, burda heç kəs hesab aça bilmir və müştəriləri yalnız dövlətlərdir. Yaradılarkən əsas missiyası İkinci Dünya müharibəsindən əziyyət çəkmiş Avropa ölkələrinə yardım etmək idi.  Missiyası dəyişilməyib amma yardım etdiyi ölkələr dəyişilib. Belə ki, bu bank İEO ölkələrə kreditlər və qrantlar verir. Bildiğimiz kimi Dünya Bankının verdiği kreditlərdən yalnız üzv dövlətlər yararlanır. Kreditlər çox aşağı faiz dərəcələri ilə və ya faizsiz uzunmüddətli olub,  iqtisadi inkişaf proqramlarının ehtiyacına görə verilir.

 Beləliklə, Dünya Bankı bankdan çox donor təçkilatıdır.

Bu yardımdan ölkə və banklarımız da faydalanıb.  Dünya Bankı əsasən ölkənin inkişafı istiqamətində məsləhət, maliyyə və investisya köməyi etməktədir, həmçinin dövlət büdcəsi və onun koordinasiyası və digər işlər də bu köməyə daxildir.

Digər bir bank Asiya İnkişaf Bankıdır(AİB) ki, onunla da əməkdaşlıq 1999-cu ildən başayıb. AİB -ə üzv olduğu andan etibarən Asiya İnkişaf Bankı dəyəri 1,65 milyard dollar olan 20 kredit və 1 qrant əsasında 18 layihə həyata keçirib. AİB ölkə bankları ilə ticarətin maliyyələşməsi proqramı üzrə razılaşmaları imzalamaqla, onlara kredit xətləri açılması və təminatlı dəstəyin verilməsi ilə maliyyə sektorundakı əməliyyatlarını artırıb. Bu gün həmin siyahı altı bankdan (Azərbaycan Beynəlxalq bankı, Access Bank, AGBANK, Bank of Baku, Dəmirbank və Bank Respublika) formalaşır.

 AİB-in Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyono müsahibələrinin birində qeyd etmişdi ki  “2013-ci ilə qədər ölkənin bank sektoruna açılmış kredit xətlərinin ümumi məbləği 40 milyon dollar təşkil edib ki, bu da artıq AİB-ə geri qaytarılıb” .
Onun həmçinin qeyd edib ki, növbəti mərhələ ötən ilin iyul ayında Accessbanka kənd yerlərində mikro-, kiçik və orta biznesin dəstəklənməsi üçün beş il müddətinə 50 milyon dollar həcmində kreditin ayrılması olub. Qeyd olunan bank ölkənin əksər regionlarını əhatə edən geniş şəbəkə yaradıb.

Xatırladaq ki, Asiya bankı özəl sektorun inkişafına dəstək vermək üçün Azərbaycan banklarının fəal maliyyələşdirilməsinə 2007-ci ildə başlayıb və ölkənin bank səhmdarlarının tərkibində iştirak etməklə bağlı planları hələ yoxdu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər