Dünyanın iyirmi ən böyük bankı bu il 60 mindən çox əməkdaşını ixtisar edib, bu barədə “Financial Times” yazıb.
Qəzet qeyd edir ki, bu rəqəm 140 minə yaxın bank işçisinin işini itirdiyi 2007-2008-ci illərin qlobal böhranı ilə müqayisə oluna bilər.
Nəşrin danışdığı ekspertlər sabitlik və investisiyaların olmaması səbəbindən yeni ixtisarların olacağını proqnozlaşdırırlar.