Xarici investorlar ABŞ-ın dövlət borcundan qurtulmağa çalışırlar. Satışlar rekord səviyyəyə çatıb.
Banker.az xəbər verir ki, ABŞ-da sərhədyanı sərmayələrin çıxarılması tendensiyası artıq beş aydır ki davam edir. Bu, 1982-ci ildən bəri rekord göstəricidir.
Bununla yanaşı, xarici rəsmi qurumlar (Mərkəzi Banklar və ehtiyat fondları) səkkizinci aydır ki, 197 milyard dollar dəyərində olan qiymətli kağızlar sataraq ölkənin dövlət borcundan qurtulmağa çalışırlar.
Böyük Britaniya hökumətinin aprel ayında verdiyi məlumata görə, ingilis vətəndaşları 16,3 milyard dollar məbləğində istiqraz satıblar.
Yaponiya və İrlandiya da bu ölkələr sırasına daxildir. Diqqəti çəkən ölkələrdən biri isə əlbəttə ki, Çindir: aprel ayında satışların yenilənməsi Mərkəzi Bankın borc öhdəliklərinin 2017-ci ilin may ayından bəri minimum qiymətə düşməsinə səbəb olub.
Cari ildə Rusiyanın ABŞ-ın qiymətli kağızlarına etdiyi yatırımlar əhəmiyyətli dərəcədə azalaraq, 13,71 milyard dollardan 12,13 milyard dollara çatmışdır.
Bunlar nədir – dedollaşdırılma? Çox güman ki, elədir. Çinin ABŞ-a təzyiq göstərmək məqsədilə istiqrazların satışından istifadə edə biləcəyi də istisna edilmir.