Son illər baş verən proseslər dünyanın gələcəyi ilə bağlı proqnozlar verməyi çətinləşdirir. Bir neçə il öncəyə qədər gündəmimizdə olmayan bəzi məsələlər artıq dünyanın taleyini müəyyənləşdirəcək qədər əhəmiyyət qazanıb.
“Bloomberg News” qarşıdakı 10 ildə iqtisadiyyatı və geosiyasi balansı sarsıda biləcək hadisələrin siyahısını hazırlayıb. Bu ssenarilərin gerçəkləşməsi iqtisadi və siyasi atmosferdə böyük dəyişikliklər yarada bilər.
Donald Trampın ikinci dönəm ABŞ prezidenti seçilməsi
“Facebook” və digər texnologiya şirkətlərinin yalan xəbərlərlə mübarizədə uğursuz olması
“Bitcoin”in 40 min dollara yüksələrək qlobal maliyyə sistemini sarsıtması
Şimali Koreyanın ABŞ və ya başqa bir ölkəyə nüvə hücumu etməsi
İngiltərə və Avropa Birliyi arasında “Brexit” danışıqlarının dalana dirənməsi, İşçi Partiyasının lideri Ceremi Korbinin növbədənkənar seçkilərlə hakimiyyətə gəlməsi
Avropada sosial gərginliyin artması
ABŞ və Çin arasında ticarət savaşının böyüməsi
Elektriklə işləyən avtomobillərin neft hakimiyyətinə son qoyması, neft qiymətlərində kəskin ucuzlaşma