Çin Kənd Təsərrüfatı Bankı (ABC) müştərilərinə kriptovalyuta əməliyyatlarını qadağan edib.
Banker.az “RBK2ya istinadən xəbər verir ki, bu barədə “8BTCnews” yazıb. Verilən məlumata görə, bank rəqəmsal aktivlərlə əlaqəli bütün əməliyyatları blok edəcək, eyni zamanda bu əməliyyatları həyata keçirən müştərilərlə müqavilələri ləğv edəcək.
Çinin kriptojurnalisti Kolin Vu ÇXR hökumətinin “daha güclü təsir” yaratmaq üçün banklardan eyni vaxtda kriptovalyutalarla əməliyyatlara məhdudiyyət qoymalarını tələb etdiyinə inanır. Vunun sözlərinə görə, 21 iyunda Çin Xalq Bankı digər maliyyə təşkilatlarına kriptovalyuta əməliyyatlarını qadağan edilməsi barədə açıqlama verəcək.
Çin Kənd Təsərrüfatı Bankının bu addımı kriptovalyutaların ucuzlaşmasına səbəb olub. 21 iyunda “Bitcoin” 7% ucuzlaşıb və 32.9 min dollar səviyyəsinə düşüb. Qeyd edək ki, son iki həftədə Çinin bir çox əyalətlərində mayninq qadağan edilib.