23 C
Baku
Friday, April 26, 2024

Dünyaya neft satan Norveç belə Azərbaycandan neft alıb

Dünyaya neft satan Norveç Krallığı da 2022-ci ilin dekabrında Azərbaycandan neft ixrac edib.

Banker.az-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumataına görə Krallıq Azərbaycandan 656 787 barrel həcmində xam neft alıb.

Bu da 2022-ci ildə ilk hadisədir.

Azərbaycan Norveçə satdığı neftin dəyəri isə 64.18 milyon ABŞ dolları təşkil edib.

Beləliklə neftin bir barreli Norveçə təqribən $98-ə başa gəlib.

Qeyd edək ki, dekabrda Brent markalı xam neftin spot qiyməti 90 dollar ətrafında olub, lakin Azərbaycanın “Azeri Light” xam neft markası həmişə daha az qatqılı olduğu üçün bazara yuxarı qiymətlə ticarət olunur.

Azərbaycan 2022-ci il ərzində xaricə 189 milyon 716.43 min barrel həcmində xam nefti 19 milyard 483.62 milyon ABŞ dollarına ixrac edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər