Dupont analizi (eyni zamanda Dupont modeli və ya metodu olaraq da bilinir) təşkilatın ən kritik maliyyə pərformans ölçülərindən biri olan ROE-nin hesablanmasında ən bilinən metodlardan biridir. Dupont analizini ilk dəfə eyni adlı şirkətdə 1920-ci illərdə satış heyətində çalışan Donaldson Braun bir hesabat təqdim edən zaman kəşf etmişdir.
Dupont formulu müxtəlif yollarla ifadə edilə bilinir:
ROE = (Xalis mənfəət /Gəlir) * (Gəlir / Aktivlər) * (Aktivlər / Şəxsi kapital)
ROE böyüməsini satış böyüməsi ilə qarşılaşdırmışıdr. Əgər ROE-dən daha sürətli böyüyərsinizsə bu maliyyənizin zəifləməsini göstərir. Əgər ROE-niz daha yaxşı böyüyürsə maliyyəniz güclənir deməkdir.
Bu analiz oxşar sektordakı digər firmalarla qarşılaşdırıldığında daha yüksək dönüşlərin qaynağını analizçinin anlamasına kömək edir.
Dupont analizi misalı:
“X” Təşkilatı | |
Cəmi Aktivlər | 25.000 AZN |
Şəxsi kapital | 5.000 AZN |
“X” Təşkilat Gəlir Cədvəli | |
Gəlir | 10.000 AZN |
Xalis mənfəət | 2.000 AZN |
Misal göstərilə “X” təşkilatın ROE-ni formuladan istifadə edərək hesablayaq:
ROE = (2,000 AZN/10,000 AZN) x (10,000 AZN/25,000 AZN) x (25,000 AZN/5,000 AZN)
= 0.20 x 0.40 x 5 = 0.40 və ya 40%