12 C
Baku
Wednesday, December 11, 2024

Düyü idxalında artım müşahidə olunur

2020-ilin avqust ayı üçün  Azərbaycana  30 milyon  768 min ABŞ  Dolları dəyərində  44 min 465 ton  düyü idxal olunub.

Banker.az  Dövlət  Gömrük  Komitəsinə istinadən xəbər verir ki, ölkəyə  idxal edilən düyünün miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə  12 min 22  ton artıb.

Qeyd edək ki, 2018-ci ilin fevral ayında Azərbaycanda 2018-2025-ci illərdə düyü istehsalının inkişafı üzrə Dövlət Proqramı qəbul edilib. Ona əsasən, 2025-ci ilə qədər yerli istehsal düyü istehlakına olan tələbatı təxminən 90%-dən çoxunu ödəməlidir. Sənəddə əkin sahələrini 10 min hektara qədər genişləndirmək və məhsuldarlığı 1 hektardan 40 sentnerə qaldırmaq üçün tədbirlərin görülməsi nəzərdə tutulur.

 

Son xəbərlər
Digər xəbərlər