24 C
Baku
Friday, April 26, 2024

DYP cərimələrini rahat ödəmək üsulu

Dövlət Yol Polisi ödənişlərini ExpressPay ödəniş terminalları vasitəsi ilə ödəmək daha rahatdır. Belə ki, ExpressPay həm sürücülər, həm də piyadalar üçün yol polisi cərimələri ödənişlərinin operativ ödəniş imkanını təmin edir. 24 saat xidmətinizdə olan, 2014-cü ildən bu günədək ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda 600-dən artıq sayda quraşdırılmış ExpressPay ödəniş terminalları ilə günün istənilən vaxtı cərimələrinizi rahat və sürətli ödəyə bilərsiniz. Ödənişlər dərhal həyata keçir və müştəriyə qəbz təqdim olunur.

Ümumiyyətlə, ExpressPay hazırda Bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə müxtəlif növ dövlət ödənişlərini həyata keçirməyə imkan verir. Belə ki, müştərilər ipoteka ödənişlərini, vergi və s. kimi dövlət rüsumlarını ExpressPay terminalları vasitəsi ilə ödəyə bilərlər. Ümumilikdə, ExpressPay terminalları ilə 110-dan çox dövlət xidməti üzrə ödəniş etmək mümkündür.

Bundan əlavə, ödəniş terminallarında Expressbank-a aid ödənişlər, digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişlər də mövcuddur.

Expressbank-ın xidmətləri və ExpressPay barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər