27 C
Baku
Saturday, July 27, 2024

DYP-dən cərimə borcları ilə bağlı vətəndaşlara xəbərdarlıq

Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, onlardan biri də “asancerime.com” səhifəsidir:

“Vətəndaşlarımızdan belə səhifələrə etibar etməməyi, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamağı xahiş edirik. Bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər