26 C
Baku
Saturday, July 27, 2024

E.Rüstəmov Mərkəzi Bankın yeni binası ilə bağlı: “Komandanı bir yerə yığırıq”

“Bilirsiz ki, biz son dövrlər klassik – ancaq, monetar idarəetməyə cavab verirdik. Bütövlükdə maliyyə bazarına nəzarət bizim üzərimizə keçib, bizim iş həcmimiz və işçi sayımız artıb”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri videokofransda jurnaslistin “bu binaya ehtiyacın nədən yaranması” ilə bağlı sorğusuna cavab verib.

“İkinci bir məsələ – biz faktiki bu gün üç ünvanda fəaliyyət göstəririk- köhnə binamız, hazırki və nərimanovdakı bina. Xəzinəmizin böyük bir hissəsi Nərimanov rayonunda bir dalanda yerləşir. Bu isə heç bir tələbə cavab vermir. Ümumilikdə isə biz 3 ünvanda fəaliyyət göstəririk”.

O, qeyd edir ki, biznes prosesinin avtomatlaşdırılması üçün yeni bina tikməliyik. Bina 4-5 il ərzində hazır olacaq.

“Ondan sonra biz hazırda fəaliyyət göstərdiyimiz binaları dövlətə qaytaracağıq. Bu isə əhəmiyyətli aktivlərdir”.

O bildirir ki, bu bina AMB-nin öz vəsaiti ilə tikilir və komandanı bir yerə yığırıq.

Son xəbərlər
Digər xəbərlər