Dünyanın ən nəhəng onlayn riteyler şirkəti olan “eBay” ötən ili 1,79 mlrd. ABŞ dollarlıq xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 29% azalma deməkdir.
“eBay”ın gəliri 2019-cu ildə 0,5% artaraq 10,8 mlrd. dollara çatıb.
Ötən ilin IV rübündə onlayn riteylerin mənfəəti 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27% azalaraq 556 mln. dollar təşkil edib. 2019-cu ilin 31 dekabr tarixinə “eBay”ın daimi müştərilərin sayı 2% artaraq 183 mln. nəfərə çatıb.
Proqnozlara gəldikdə, “eBay” 2020-ci ilin I rübündə 2,55-2,6 mlrd. dollar həcmində gəlir əldə edəcəyi gözlənilir.
©APA