9 C
Baku
Friday, December 13, 2024

EBRD Azərbaycanda gələn il üçün iqtisadi artım proqnozlarını azaldıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 1.5 % artacağını proqnozlaşdırır.

Bu barədə EBRD-nin “Regional İqtisadi Perspektivlər” hesabatında bildirilib.

Sənədə əsasən, bu, Bankın may ayındakı proqnozu ilə müqayisədə 1 faiz bəndi azdır.

EBRD gələn il isə Azərbaycanda real iqtisadi artımın 2.5 % olacağını gözləyir ki, bu da may ayındakı proqnoza nisbətən 0.2 faiz bəndi azdır.

Bank Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Qafqaz regionunun isə iqtisadiyyatının bu il 1.9 % (proqnoz dəyişməyib), gələn il isə 3.1 % (0.2 faiz bəndi az) böyüyəcəyini bəyan edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər