6 C
Baku
Sunday, December 15, 2024

EBRD “Naftogaz”a 300 milyon avro kredit ayırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Ukraynanın “Naftogaz” şirkətinə 300 milyon avro dəyərində kredit ayıracaq.

Məqsəd Ukraynanın işğal dövründə təbii qaz istehsalında itirdiklərini kompensasiya etməkdir.

“Naftogaz” Ukraynanın qaz sistemini növbəti istilik mövsümünə hazırlamaq üçün EBRD tərəfindən ayrılan 50 milyon avroluq ilk tranşı istifadə edəcək və bu vəsaitə təcili şəkildə qaz alınması planlaşdırılır.

Şirkət payıza qədər müharibə nəticəsində təhlükə altına düşmüş qaz təchizatı sisteminin, insanların yaşayışı üçün lazım olan 1 milyard kubmetr qaz ehtiyatının təmin edilməsi üçün ümumilikdə 1 milyard avro vəsait toplamağı planlaşdırır.

Bu paket çərçivəsində EBRD Ukraynadakı bütün investisiya risklərinin bölüşdürülməsini nəzərdə tutur.

“Naftogaz”ın işində EBRD-nin səhmdarları Ukraynanın suveren zəmanəti ilə dəstəklənən Bankın ümumi kreditinin 66 %-nə (200 milyon avro) zəmanət verəcəklər. İlkin ödənişdən sonra donor zəmanətləri növbəti ödənilən 100 milyon avronun hamısını və yekun 150 milyon avronun 66 faizini əhatə edəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər