1 C
Baku
Saturday, December 14, 2024

ECB inflyasiya kimi dilemma ilə üz-üzədir – Avrozonada qiymətlər gözlənilmədən artıb

Avrozonada inflyasiya iyul ayında növbəti rekord həddə yüksəldi və bununla  da Avropa Mərkəzi Bankının sentyabrda növbəti böyük faiz artımına üstünlük verməsi üçün təzyiqi davam etdirir. Çünki, növbəti aylarda da qiymət artlmların olması mümkündür.

Banker.az Avrostata istinadən xəbər verir ki, avronun işlənildiyi 19 ölkədə istehlak qiymətlərinin artımı mayda 8.6% olduğu halda, iyunda 8.9%-ə yüksəldi, bu da 8,6%-lik gözləntiləri üstələyir. Yerigəlmişkən bu ECB-nin 2%-lik hədəfindən xeyli yüksəkdir.

Avropa pandemiyadan sonra tədarük riski və üstəlik şərqində baş tutan qanlışdöyüşlərdən sonra böyük qiymət artımları ilə üz-üzə dayanıb.

Yüksək enerji qiymətləri əsas inflyasiya faktoru olaraq qalmasına baxmayaraq, emal olunmuş ərzaq və xidmətlərin qiymətləri də artıb ki, bu da inflyasiyanın getdikcə genişləndiyinə işarədir.

Qiymət artımının nəzarətdən çıxmasından qorxaraq, ECB bu ay dərəcələri 50 baza bəndi artıraraq, əvvəlki siyasətindən kənara çıxdı. Requlyator hələ daha da faiz artımına gedəcəyinə də işarə edib.

Amma inflyasiya da Mərkəzi Bank üçün dilemmadır. Sürətlə yüksələn qida və enerji xərcləri qənaətləri tükəndirir və nəticədə iqtisadi inkişaf yavaşlayır, ən pis halda Avrozonanı resesiyaya sürükləyə bilər.

Həqiqətən də, avro zonasının ən böyük iqtisadiyyatı olan Almaniya, çətin görünən üçüncü rübə çatmamış, elə ikinci rübdə durğunluq yaşadı. Bu arada ABŞ iqtisadiyyatı ikinci rübdə gözlənilmədən kiçilib.

ECB növbəti iclasını sentyabrın 8-də keçirəcək.

Son xəbərlər
Digər xəbərlər