Eenmall restoran rəhbərliyi tənha insanları düşünərək unikal bir addım atmışdır. Belə ki, tənha insanlar restoranda tək şəkildə nahar və şam edərkən narahatlıq hissi keçirməsinlər deyə burada hər şey onlara uyğun tərtib edilmişdir.
Bu ideyanı isə Hollandiya həyata keçirmişdir. Restoranın adı isə holland dilindən tərcümədə “bir dəfə” mənasını verir. Hollandiyanın iki dizayn agentliyi cəmiyyəti “tənha” stereotipindən azad etmək üçün belə bir sadə üsuldan istifadə etmişdir. Təəssüflər olsun ki, restoran daimi deyil. Zamanla o dünyanın digər şəhərlərində də fəaliyyət göstərir. Qeyd edək ki, bu restoranlarda mobil telefon və yaxud gadgetlərdən istifadə etmək qadağandır. Bunun əvəzində isə sizə qəzet, jurnal və yaxud kitab oxumağı təklif edəcəklər.