26 C
Baku
Friday, April 19, 2024

Effektiv görüşlər üçün 10–30–50–90 qaydası

Davis & Company konsaltinq şirkətinin yaradıcısı Ellison Davis belə hesab edir ki, işgüzar görüşlər artıq çoxdan adət edilən qaydalar çərçivəsində öz məhsuldarlığını itirib. Bunun əvəzində isə 10–30–50–90 qaydasından istifadə etməyi məsləhət görür. Effektiv və məhsuldar görüşlər üçün nəzərdə tutulmuş bu qaydanın əsas mahiyyəti isə aşağıdakı kimidir.

İşdə keçirdiyiniz ən qeyri-məhsuldar zaman hansıdır deyə sual versəniz bir çoxları “iclas” və yaxud “görüşlər” cavabını verəcək. Bu səbəbdən də məsələyə baxış bucağımızı dəyişməli və bu zamanı şirkət və əməkdaşlar üçün daha məhsuldar bir məşğuliyyətə çevirmək lazımdır.

Ellison Davis hər bir görüş və yaxud iclası uzun müddətli təşkil etməməyi və bunun əvəzində 10–30–50–90 qaydasını tətbiq etməyi məsləhət görür. Bu qaydanın köməkliyi ilə hər bir görüşü əldə etmək istədiyiniz məqsədlərdən asılı olaraq 4 qrupa bölə bilərsiniz.

  • 10 dəqiqə – iş gününün əvvəlində nəzərdə tutulmuş görüşlərin müzakirəsi. Bu görüşlər zamanı qısa müzakirələr və “Bu tapşırığın həll edilməsi üçün son tarix nə zamandır?” tipli sualların cavabı aydınlaşdırılır və s.  
  • 30 dəqiqə – tet-a-tet və yalnızca bir problemin həll edilməsi istiqamətində təşkil edilən görüşlər üçün nəzərdə tutulan qaydadır. İclasların əksəriyyəti 30 dəqiqə təşkil edəcək və bu konkret problemin həlli üçün kifayət edə biləcək bir müddətdir. Ellison Davis iclaslarının 60-70%-ni məhz bu zaman kəsiyi ərzində həyata keçirir.
  • 50 dəqiqə – bir neçə problemin və yaxud məsələnin həll edilməsi üçün nəzərdə tutulmuş görüşlər üçündür. Belə bir uzun müddətli iclas zamanı əməkdaşlar diqqətini problemə daha yaxşı cəmləyə biləcək.  
  • 90 dəqiqə – artıq  brainstorm, strategiyaların müzakirəsi və geniş miqyaslı problemlərin müzakirəsi üçündür. Belə bir zaman kəsiyi problemin mənşəyini araşdırmağa və həll yolu tapmağa imkan verən müddətdir.

Standart 1 saatlıq görüşlər əvəzinə yuxarıda qeyd edilən şəkildə iclaslar təşkil edin və əldə etdiyiniz nəticələrin effektivliyini keçmiş nəticələr ilə müqayisə edin.

Son xəbərlər
Digər xəbərlər