Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib.
Bununla bağlı maliyyə naziri Samir Şərifov məlumat verib.
Nazir bildirib ki, “2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 130 manat məbləğində müəyyən edilib.
Yəni 14 manat artırılıb.
Bununla bağlı “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dəyişikliklər edilib.
Qeyd edək ki, 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat müəyyənləşmişdi.