10 C
Baku
Thursday, December 12, 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şirkəti 4 milyon manata yaxın zərər edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti (“Azəryaşlandşaft” ASC) 2021-ci ili 3 milyon 661 min manat zərər edib. 2020-ci ildə ASC-nin zərəri 23 milyon 621 min manat təşkil edib.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ildə “Azəryaşlandşaft” ASC-nin cəmi gəlirləri 9 milyon 735 min manatdan 6 milyon 426 min manata düşüb, cəmi xərcləri isə 8 milyon 898 min manatdan 10 milyon 87 min manata çatıb.

Hesabat dövründə “Azəryaşlandşaft” ASC-nin aktivləri 63 milyon 786 min manat olub ki, bu da illik müqayisədə 5.3% artım deməkdir.

“Azəryaşlandşaft” Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində xidmətlər göstərən yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturların inkişafı ilə bağlı digər işlərin, o cümlədən landşaft quruluşu işlərinin yerinə yetirilməsinin təmin edir.

 

Son xəbərlər
Digər xəbərlər