5 C
Baku
Saturday, December 14, 2024

Ekspert: 2022-ci ildə blokçeynin əsas mühərriki NFT olacaq

Gələn il blokçeynin əsas mühərriki NFT olacaq, bu barədə “Saxo Bank”ın investisiya direktoru Stin Yakobsen məlumat verib. NFT (non-fungible token, əvəzlənməyən token) – blokçeyn texnologiyalarında, yəni rəqəmsal zəncirlərdə və paylanmış reyestrlərdə saxlanılan unikal sertifikatdır.

Banker.az xəbər verir ki, Yakobsenin sözlərinə görə, 2021-ci ildə NFT-nin yüksəlişi “hətta kriptoməkanda olan insanlar üçün” sürpriz olub. Ekspert izah edir ki, NFT incəsənət və musiqi sayəsində böyük trendə çevrilib.

O qeyd edir ki, “Spotify” (dünyanın ən böyük musiqi axını xidməti) kimi şirkətlər qlobal miqyasda, xüsusən də qərb ölkələrində üstünlük təşkil edir. Onlar sənayeyə o qədər nəzarət edirlər ki, digər vasitəçilər ilə birlikdə ifaçıların gəlirlərinin təxminən 90-95%-ni alırlar. Bu ədalətsizdir”.

Yakobsenə görə, NFT getdikcə daha da populyarlaşacaq və “2022-ci ildə ən böyük blokçeyn mühərriki” olacaq.

“Müştərilərimin blokçeynində və əsasən NFT-də birbaşa investisiyalara, cəlb edilən kapital və vençur kapitalın artmasına böyük marağı var”, – deyə ekspert yekunlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər