12 C
Baku
Friday, March 29, 2024

Ekspert: “Dəstək paketi böhranın dərinliyinə adekvat deyil”

İqtisadçı ekspert Rəşad Həsənovun bildirdiyinə görə, Nazirlər Kabineti böhranın təsirlərinin zəiflədilməsinə hədəflənən tədbirlər planını açıqlayıb və bu tədbirlər planı ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirilib.

1. Pandemiyadan zərər çəkmiş sahələr üzrə muzdla çalışanların əmək haqqına dövlət dəstəyi ən yaxşı halda 2 yaxud 3 ay üçün nəzərdə tutulub. Bu məqsədlə ayrılan 215 milyon proqram 2 aylıq olsa orta hesabla adambaşına 358 manat, 3 aylıq olsa isə adambaşına 239 manat ola bilər. Fikrimcə bu göstərici sahibkarın işdənçıxarma qərarının qarşısını almayacaq.

2. Mikro sahibkarlara güzəşt şərtlidir. Əgər sahibkar 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini icra etməyibsə güzəştlərdən yararlana bilməyəcək. Sənəddə deyilir 300 min nəfər. Əgər bu rəqəm sahibkarlıq subyektlərinin sayını nəzərdə tutursa demək ki, bir sahibkar üçün orta dəstək məbləi 267 manat olacaq. Fikrimcə bu çox aşağı göstəricidir və nəzərdə tutulan hədəfi təşviq edə bilməyəcək.

3. Əvvəlcədən deyilirdi ki, mikro sahibkarlıq subyektləri 2019-cu ildə ödədikləri vergilər onlara geri qaytarılacaq. Görünən odur ki, bu güzəşt ya təxirə salınıb, yaxud bundan əvvəlki bənddə qeyd edilən maliyyə dəstəyinə daxildir.

4. Ödənilməmiş cərimə və sanksiyalar silinməyəcək, sadəcə bir müddət təxirə salınacaq.

5. Özəl sektora icarə haqları üzrə güzəşt yalnız dövlət əmlakından istifadə üçün nəzərdə tutulur. B2B halında heç bir dəstək olmayacaq.

6. Məcburi Dövlət Sosial Sığorta Haqqı üzrə sahibkara güzəşt çox məhdud çərçivədə olacaq. Hansı ki, işçinin saxlanılması fəaliyyətin dayanması halında əmək haqqı ilə yanaşı həmçinin ciddi fiskal öhdəlik yaradır. Buna görə də işdənçıxarmaların qarşısını almaq olmayacaq.

7. Sosial xarakterli tədbirlər qeyri-rəsmi əmək bazarının iştirakçısı olan əhəmiyyətli kəsimi əhatə etmir.

8. Kommunal xidmətlər üzrə əhatəli güəzştin yaxud tətilin verilməsi nəzərdə tutulmayıb.

9. Elektrik enerjisi limiti cəmi 2 aylıq( aprel-may) ayları üçün 100 kv/saat artırılıb.

Dəstək paketi böhranın dərinliyinə adekvat deyil

Son xəbərlər
Digər xəbərlər