15 C
Baku
Friday, March 29, 2024

Ekspert Mərkəzi Bankın son qərarını şərh etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu qərarı ilk növbədə ölkədə inflyasiya prosesinin artımının qarşısını almağa hesablanıb. İkinci versiya isə bu ola bilər ki, bu addım manatın növbəti devalvasiyasının qarşısını almaq üçün edilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) son qərarını şərh edən iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirib.

Onun sözlərinə görə, faiz dərəcələri qaldırıldıqda kredit resurslarına çıxış əlçətmaz olur. Uçot dərəcəsi aşağı olduqda isə manat alınaraq, dövriyyəyə buraxılır. Uçot dərəcəsi qalxdıqda, kredit yüksək faizlə verilir. Kredit resurslarını ondan (Mərkəzi Bankdan – red.) alan az olur. Manatda bu halda dövriyyəyə cəlb edilir. İnflyasiya da bu yolla tənzimlənir.

“Bir daha vurğulayıram bu qərarın bazara təsiri o olacaq ki, bazarda qiymət artımının qarşısı alınacaq”, – deyə O.Haqverdiyev əlavə edib.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin son qərarına görə, Azərbaycanda uçot faiz dərəcəsi 5%-dən 7%-ə qaldırılıb.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər