25 C
Baku
Saturday, July 27, 2024

Ekspert: “Manat yenə ucuzlaşacaq”

İqtisadçı ekspert Samir Əliyev son günlər dolların qiymətinin dinamikasından, manatın qıtlığından söz açıb. Onun sözlərinə görə:” Bu gün Mərkəzi Bank 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb. Məlumatlara görə, hərracda iştirak edən 29 bank tərəfindən 98,217 milyon dollar alınıb. samir_aliyevYəni bankların tələbi 100% yerinə yetirilib. İlk baxışdan dollar tələbatının azaldığı görünür. Ancaq əslində elə deyil. Əvvəla, yanvar ayında kifayət qədər dollar satışı həyata keçirilib. Təkcə Neft Fondu 600 milyona yaxın dollar satışa çıxarıb. Qeyd edim ki, bu, indiki məzənnə ilə Neft Fondunun 2 aylıq normasıdır. Manat əhəmiyyətli ucuzlaşmasa, Fond növbəti aylarda bazara töhfəsini azaltmalı olacaq. İkincisi, banklar tərəfindən valyuta almağa marağın az olmasının əsas səbəbi manat qıtlığıdır. Son 1 ildə pul bazası 11,5 milyardan 6,9 milyard manata düşüb. Banklar manatla kredit verməkdə çətinlik çəkir. Çünki nə Mərkəzi Bank manat dəstəyi verir, nə də əhali manat depoziti qoyur. Banklar əsas gücü korporativ müştəriləri qarşısında öhdəliklərini yerinə yetirməyə verirlər. Ona görə də əllərindəki məhdud manat kütləsini dollar çevirməkdə maraqlı deyillər. Belə olmasaydı bir çox banklar dollar satışını dayandırıb ancaq alış etməzdilər. Əgər məzənnə tələb-təklif əsasında formalaşırsa, deməli, hərracın nəticəsində manat nisbətən bahalaşmalı idi. Halbuki dolların növbəti gün üçün məzənnəsi 0,0026 manat artaraq 1,6054 səviyyəsinə qalıb.

Hər bir halda ölkədə dollara tələbat azalmayıb. Hələ ki əllərdə dollara çevrilmək potensialı olan manat kütləsi var. Hərracdan dolları alan banklar əsasən dövlət büdcəsinə bağlı olan iri kredit təşkilatlarıdır. Mərkəzi Bank dövriyyəyə yeni manat kütləsi buraxdıqca dollara tələbat da artacaq. Valyuta bazarında sabitlik barədə danışmaz hələki tezdir. Əlavə valyuta cəlb edilməsə və kapital axını məhdudlaşmasa valyuta bazarı daim təzyiq altında qalacaq. Deməli, manat da üzüaşağı getməyə davam edəcək.”

Son xəbərlər
Digər xəbərlər