23 C
Baku
Friday, April 26, 2024

Ekspert : “Yeni SCADA sisteminin bir il ərzində qurulacağı gözlənilir”

“Azərenerji-də Reabilitasiya Proqramı həyata keçirilir. Artıq xeyli işlərin görüldüyü bildirilir. Proqram çərçivəsində həm də bütün enerji sektorunun real vaxtda avtomatik olaraq idarə edilməsi, dispetçer İdarəetmə Mərkəzlərinin yenidən yaradılması, yeni texnologiya əsasında əks-qəza avtomatikası nəzərdə tutlub. Bir sözlə, yeni rəhbərlik tərəfindən yeni SCADA qurulur. Məlum olduğu kimi “3 iyul böhranı” zamanı 45 enerji obyektini əhatə edən, 58 milyon dollara başa gələn köhnə SCADA sistemi qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədi və çökdü. Həm də cəmi bir neçə il öncə qurulan SCADA-nın texnoloji cəhətdən də köhnəldiyi bildirilirdi.  Dünya Bankının layihəsində 3 Dispetçer Məntəqəsi nəzərdə tutulsa da məlum olmuşdur ki, yalnız ortabab səviyyədə birisi var və o, da real vaxt rejimində enerji sistemini idarə etməyə imkan verməyib.”

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert eyni zamanda bu dəfəki tenderin şəffaf və ədalətli formada keçiriləcəyinə ümid etdiyini də vurğulayıb:

“Yeni SCADA 30 elektrik stansiyasını və 150-yə yaxın yarımstansiyanı əhatə etməlidir. Yeni sistem elektrik enerjisinin istehsalının və ötürülməsinin müasir texnoloji səviyyədə həyata keçirilməsinə imkan yaradacaq. Digər, qonşu ölkələrin uyğun sistemlərinə inteqarsiya olunacaq. Artıq məsləhətçi şirkət müəyyən edilib, ciddi audit aparılıb və görüləcək işlər müəyyən olunub. Yeni sistemin 1 il ərzində qurulacağı gözlənilir. Yeni SCADA –nın qurulması üçün cari ay ərzində xarici şirkətlərin də iştirakı ilə tenderin elan olunacağı gözlənilir. Xatırlayıram ki, köhnə SCADA üçün ilk illər SİEMENS –lə iş birliyi qurulsa da sonradan hansısa bir fransız şirkəti tenderi udmuşdur. Nəticəsi də artıq məlumdur. Ümid edirəm ki, bu dəfə tender şəffaf və ədalətli formada keçiriləcək.”

©Xəbərlər.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər